Ümumi orta təhsil haqqında “Fərqlənmə” attestatların verilməsi

İyulun 3-ü məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə 2024-2025-ci tədris ilində təhsil alan 21 nəfər IX sinif şagirdinə ümumi orta təhsil haqqında “Fərqlənmə” attestatları təqdim olunub.

Məktəbin direktoru Tünzalə Zeynalova şagirdləri bu yüksək nailiyyət münasibətilə təbrik edərək bu uğurun qazanılmasında onların əzmkarlığının, nizam-intizamının və biliklərinin rolunun əhəmiyyətinindən danışıb.

Valideynlər, şagirdlər məktəbdə keyfiyyətli və sağlam təhsil mühiti yaradılmasına görə məktəb rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Növbəti tədris ilində şagirdlərimizə müvəffəqiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi