Ümumi orta təhsil haqqında attestatların verilməsi

İyunun 30-u 2024-2025-ci tədris ilində təhsil alan IX sinif şagirdlərinə ümumi orta təhsil haqqında adi attestatlar təqdim olunub.
IX sinifdə təhsil alan şagirdlərin valideynləri ilə maarifləndirici görüş keçirilib, övladlarının təhsilini X sinifdə, yaxud orta-ixtisas, peşə təhsili müəssisəsində və s. davam etdirməsi barədə söhbətlər aparılıb. Həmçinin valideynlərə övladlarının X sinifdə təhsil alması üçün atılacaq addımlar izah edilib.
Ümumi təhsil pilləsinin növbəti təhsil pilləsində, yəni tam orta təhsil səviyyəsində (X-XI) təhsilini davam etdirmək istəyən şagirdlərin valideynlərinin müraciət ərizələri məktəbin direktoru tərəfindən qəbul olunub.
Növbəti tədris ilində şagirdlərimizə müvəffəqiyyətlər arzulayırıq.