“Mən və mənim əhatəm”

“Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində məktəbin psixoloqları Bənövşə Cabbarova və Raidə İmanova şagirdlərlə “Mən və mənim əhatəm” mövzusunda müzakirə aparıb.
Çıxış edən psixoloqlar bildirib ki, hər bir yeniyetmə yaxın dost arzulayır. Həm də elə bir dost ki, özü kimi ona yüz faiz etibar etsin və bu dost ona sadiq olsun. Bəs bu zaman nələrə diqqət etməliyik? Əhatəmizdəki insanları necə seçməliyik?
Daha sonra Yeniyetmə və dostluq, Dosta və dostluğa verilən tələblər, Yeniyetmə oğlan və qız arasında dostluq münasibətlərinin mahiyyəti haqqında diskussiyalar aparılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.