“Gənclər Gələcəyimizin Qarantıdır” adlı tədbir keçirilib

3 Fevral 2020-ci il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, eyni zamanda “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi və 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın tərəfdaşlığı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Gələcəyimizin Qarantıdır” devizi altında həyata keçiriləcək “Kitabxana və könüllülər-Yeni İmkanlar Məkanı” adlı layihə əsasında dəyirmi masa keçirildi. Tədbirdə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova və “İqtisadçı Tələbələrə Dəstək” İB-in sədr müavini, "Kiçik Akademiya"nın Idarə Heyətinin sədri Orxan Vəliyev çıxış edərək layihə haqqında ətraflı məlumat verdilər. Həmçinin, tədbirdə kitabxananın əməkdaşları və oxucuları, “İqtisadçı Tələbələrə Dəstək” İB-in üzvləri, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak etdilər. Layihə gənclərdə böyük təəssürat doğurdu. Tədbir çərçivəsində layihə ilə bağlı fikir mübadiləsi aparıldı, gənclərə maraqlı olan suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi