12 NOYABR "KONSTİTUSİYA GÜNÜ"NƏ HƏSR EDİLMİŞ TƏLİM
12.07.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"-nın, 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin birgə təşkilatçılığı ilə məktəbin bir qrup şagirdlərinə 12 noyabr "Konstitusiya Günü"-nə həsr olunmuş "Azərbaycan Konstitusiyası Dünya Hüquq Normalarına əsaslanır" adlı təlim keçirildi. Təlimdə Məktəb "Kiçik Akademiya"-nın İdarə Heyətinin sədri, MKA Ali Şurasının Fəxri üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi, həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin Maliyyə və mühasibat Falültəsi üzrə sədri Orxan Vəliyev və təlimçi qismində 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllüləri-BDU TGTnin Hüquq Fakültəsi üzrə sədri Firavan Əlizadə, BDU TGTnin Hüquq Fakültəsi üzrə sədr müavini Mədinə Bağırova iştirak etdi. Təlimi giriş sözü ilə Orxan Vəliyev açaraq belə bir təlimin 53 №li tam orta məktəbdə təşkil edilməsi və MKA ilə əməkdaşlıq etdikləri üçün 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin heyətinə, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyinə və həmin universitetdə fəaliyyət göstərən "İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi"nin rəhbərliyinə təşəkkürlərini elan edərək belə təlimlərin vacibliyindən söz açıb, belə təlimlərin tez-tez keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Təlimçilər şagirdlərə təlimin mövzularına uyğun olaraq Hüquq, Vəzifə, Qanun, Konstitutsiya haqqında ətraflı məlumat verərək ilkin və əsas anlayışların təşkilini təmin etdi. İnteraktiv təlimdə şagirlərlə fəal sorğu aparıldı. Şagirdlər təlimdən yüksək təəssüratla ayrıldılar.