Nə? Harada? Nə zaman? intellektual müsabiqəsi keçirildi

25 dekabr 2018-ci il tarixində məktəbin akt zalında Məktəb "Kiçik Akademiya"nın əsas təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual müsabiqəsi keçirildi. Burada məktəbin "Kiçik Akademiya" nın prezidenti Orxan Vəliyev, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, UBR Leyla Rəcəbova, "Məktəblinin dostu" pilot layihəsinin əməkdaşı Yasəmən Abdullayeva, KA-nın vitse-prezidenti Cahid Əhmədi və 8-11-ci sinif şagirdləri iştirak etdi. Tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova çıxış edərək şagirdlərə uğur arzuladı və müsabiqənin məqsədi və önəmi haqqında şagirdlərə məlumat verdi. "Kiçik Akademiya" nın prezidenti Orxan Vəliyev müsabiqənin şərtləri ilə komandaları tanış etdi və onlara uğur arzuladı. KA-nın vitse-prezidenti Cahid Əhmədi sualları səsləndirdi. Müsabiqəni keçirməkdə məqsəd şagirdlərin dünya görüşünün üzə çıxarması, yeni biliklərin öyrənilməsi və onların həvəsləndirilməsindən ibarətdir. Sonda qalib gəlmiş komandalar mükafatlandırıldı və "Fəxri fərman"larla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi