MƏKTƏB "KİÇİK AKADEMİYA"NIN RƏHBƏRLİYİNİN 8-11-Cİ SİNİF ŞAGİRDLƏRİ İLƏ GÖRÜŞÜ

07.10.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən Məktəb "Kiçik Akademiya"nın rəhbərliyi məktəbin 8-11-ci siniflərində təhsil alan şagirdlərlə görüş keçirdi. Tədbiri giriş sözü ilə MKA-nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Daha sonra MKA-nın sabiq prezidenti və İdarə Heyətinin sədri Orxan Vəliyev çıxış edərək şagirdlərə akademiya haqqında ümumi, ətraflı məlumat verdi. Akademiyanın məqsəd və vəzifələrinə, gələcəkdə keçiriləcək layihələrin mahiyyətinə yaxından bələd olan şagirdlər akademiyaya böyük maraqla yanaşdılar. Daha sonra şagirdlərə maraqlı olan suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi