Hidrosferin çirklənməsi problemi

15.03.2019-cu ildə məktəbin "Konfrans" zalında "Kiçik Akademiya"nın növbəti tədbiri keçirildi. Tədbirdə rəhbərlik qismində məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova; təlim-tərbiyə işləri üzrə direktor müavini, Məktəb"Kiçik Akademiya"nın Ali Şurasının fəxri üzvü Aybəniz Qurbanova; Məktəb"Kiçik Akademiya"nın prezidenti Orxan Vəliyev, qonaq qismində isə BDU-un Azərbaycan coğrafiyası, coğrafiyanın tədrisi, metodikası kafedrasının müəllimi Firəngiz Qasımova və universitetin təcrübəçi tələbələri iştirak edirdilər. "Hidrosferin çirklənməsi" probleminin həllinə həsr edilmiş tədbir "Kiçik Akademiya"nın Ekologiya bölməsi üzrə elmi rəhbəri Vəfa Süleymanovanın təşkilatçılığı ilə keçirilirdi. Tədbiri giriş sözü ilə açan Vəfa Süleymanova problemin qloballığını bildirdi. Tədbirdə məktəbin 7ç və 8a sinifi öz çıxışlarını təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi