53 saylı tam orta məktəbdə fəaliyyət göstərən Məktəb "Kiçik Akademiya" prezidentinin 2018-2019-cu tədris ilinə dair hesabatı

“Kiçik Akademiya” prezidenti Orxan Vəliyevin 2018-2019-cu tədris ilində akademiya daxilində görülmüş işlərə dair HESABATI Məktəb “Kiçik Akademiya”(MKA) məktəbimizdə 18.09.2018-ci ildən fəaliyyətə başlamış-dır. Fəaliyyətə başladığı gündən bu günə qədər əsasən 9-11, istisna olaraq isə 7 və 8-ci siniflərdə təhsil alan istedadlı-elmi tədqiqat fəaliyyətinə meyilli şagirdləri vaxtında aşkara çıxararaq, bu sahədə səmərəli fəaliyyət mexanizminin yaradılmasına köməklik göstərib, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirməyi əsas məqsəd kimi qarşıya qoymuşdur. Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması istiqamətində sistemli işin aparılmasını təmin etmək məqsədi ilə daima tanınmış alim və mütəxəssislərlə istedadlı şagirdləri görüşdürüb onları birgə işə cəlb edir, şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin edirik. Yaradıldığı ilk gündən istedadlı şagirdlər üçün maraq mənbəyinə çevrilmiş KA-dan hal hazırda 74 şagird daimi yararlanır. İlk fəaliyyətə başladıqda KA-nın tərkibi 5 elmi-bölmədən ibarət olsada hal hazırda elmi blmələrin sayı 6-dır. Şagirdlər arasında ən çox maraq texniki bölməyə göstərilir. Görülmüş işlər barədə mütəmadi olaraq KA-nın rəsmi saytına xəbər yerləşdirilmiş, məktəb rəhbərliyinə ətraflı məlumat verilmişdir. Ali Şuranın iclasları vaxtı-vaxtında keçirilmiş, şagirdlərin, bölmə rəhbərlərinin, Şagird Elmi Cəmiyyətinin üzvlərinin hesabatları dinlənilmiş, müvafiq istiqamətləndirici tapşırıqlar verilmişdir.KA-nın bu illik işlərinə 13.06.2019-cu il tarixində keçirilmiş iclasda yekun vurulmuş, növbəti ildə görüləcək işlər barədə müzakirə aparılmış və 2019-2020-ci ilin fəaliyyət planının hazırlanmasına dair müvafiq göstərişlər verilmişdir. İmza: Orxan Vəliyev 13 iyun 2019-cu il
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi