Yer kürəsinin ad günü

22 aprel 2019-cu il tarixində 53№-li tam orta məktəbin Akt zalında ümumdünya Yer günü münasibətilə "Yerin ad günü" qeyd edildi.Tədbir məktəbin coğrafiya müəllimi, Məktəb"Kiçik Akademiya"nın coğrafiya-ekologiya üzrə elmi rəhbəri Vəfa Süleymanovanın təşkilatçılığı, BDU-nun coğrafiya fakültəsinin təcrübəçi tələbələri,Kiçik Akademiya və məktəbin VII"ç", VII"d", VII"e", VIII"a", VIII"b", VIII"c" sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Şagirdlərin simasında Günəş sistemi planetləri və Yer kürəsinin materiklərinin obrazı yaradıldı.Maraqlı səhnələr "Kim? Nə? Harada?" bilik yarışması ilə növbələşdi. Məktəb "Kiçik Akademiya"nın prezidenti Orxan Vəliyev yarışın qaliblərini və akademiya fəaliyyətə başladığı gündən çox böyük elmi-ictimai fəallıq göstərdiyi üçün Vəfa Süleymanovanı "Kiçik Akademiya" və məktəb rəhbərliyi adından fəxri fərmanlarla təltif etdi. Tədbirdə maraqlı slaydlar, istedadlı şagirdlərin musiqi nömrələri nümayiş olundu. Həmçinin istedadlı şagirdlərin düzəltdikləri rəsmlər də maraqla izlənildi. Sonda tədbir məktəbin direktoru Firəngiz Həsənova və BDU-dan qonaq qismində dəvət olunmuş professor və müəllim heyətinin çıxışları ilə yadda qaldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi