Məktəbimizin 8 C sinif şagirdi Abbas Əliyev idmanın kikboksinq növü üzrə bir sıra şəhərlərarası, ölkədaxili və beynəlxalq yarışlarda iştirak edərək, ölkəmizi təmsil etmiş, diplom, medal və kəmərlərə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir, uğur və nailiyyətlərinin davamını arzulayırıq.
12-13 noyabr 2021-ci il tarixində Bondkok, Tailand "Beynəlxalq online riyaziyyat olimpiadası"na qatılmışdı. Bu olimpiadada 96 ölkədən qatılan 5000 şagirddən çox iştirakçı olmuşdu. Aşurov Müslüm olimpiadada iştirakına və nailiyyətlərinə görə sertifikata layiq görülmüşdür