“Azərbaycan təbiətinin mühafizəsi” mövzusunda "Açıq dərs"

Məktəblilər ”Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub. Aprelin 27-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin biologiya müəlliməsi Svetlana Leykaxın “Azərbaycan təbiətinin mühafizəsi” mövzusunda "Açıq dərs"i keçirildi. Dərsdə 22 Aprel Yer kürəsi günü və 26 Aprel 1986-cı il tarixində baş vermiş Çernobıl faciəsi mövzularına toxunuldu. Dərsdə ibri dili tədris olunan siniflərin şagirdləri iştirak etdilər. Həmçinin Azərbaycanın ekologiyası, qoruqları, təbii sərvətlərindən söz açıldı. Şagirdlər Azərbaycan təbiətinin qorunması haqqında Konstitusiyada əks olunmuş maddələrdən (m.:14;15;39;78), “Qırmızı kitab” haqqında öyrəndikləri məlumatları səsləndirdilər.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu il “Ekologiya ili” elan olunması da diqqətə çatdırıldı. Sonra şagirdlər 3 dildə-Azərbaycan, rus, ibri dillərində təbiətə həsr olunmuş, şeirlər söylədilər. "Açıq dərs"də şagirdlər məişət tullantılarından müxtəlif əl işləri düzəltdilər və qeyd etdilər ki, biz hamımız təbiəti gözəlləşdirməliyik, doğma yurdumuz Azərbaycanı sevməli və qorumalıyıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi