1 nömrəli pedoqoji şura iclası keçirildi

 12 sentyabr tarixində 2025-2026-cı tədris ilinin ilk pedoqoji şura iclası keçirildi. İclasda məktəbin direktoru Sevinc Budaqova pedoqoji heyəti salamlayıb sentyabr konfransında səslənən fikirləri iştirakçıların diqqətinə çatdırdı. 2025-2026-cı tədris ilinin əsas istiqamətləri, hədəfləri haqqında kollektivə məlumat verdi. 4-6-cı siniflərin monitorinqin, 9-cu siniflərdə buraxılış imtahanının nəticələri təhlil olundu. 2-11-ci siniflərdə ilk dərslərin Konstitusiya və Suverenlik ilinə həsr ediləcəyi barədə məlumat verildi.

 Təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılova 2024-2025-ci tədris ilində görülmüş işlər, qarşıda duran məsələlər, müəllimlərin dərs yükü, dərs cədvəlinin təsdiqi, yay tədris tapşırıqlarının yerinə yetirilməsi və nəticələri haqqında məlumat verdi. Sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin təyinatı haqqında çıxışlar oldu. Ardınca 1-ci yarımil üzrə BSQ-lərin keçirilməsi, diaqnostik qiymətləndirmənin təşkil olunması kollektivə tapşırıldı. Həmçinin məktəbə təyin olunan yeni müəllimlər kollektivə təqdim olundu və bütün kollektivin üzvlərinə yeni tədris ilində uğurlar arzulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi