Yeni tədris ili başladı...

88 şagirdin ilk qədəmlərini qoyduğu və həyəcanla gözlədiyi gün gəldi və 2025-2026-cı tədris ili başladı.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra məktəbin həyətində keçirilən tədbirin bədii hissəsi başlandı.
Tərbiyə işləri üzrə direktor müavini Vəfa Əlnağıyeva tədbiri açıq elan etdikdən sonra sözü məktəbin direktoru Sevinc Budaqovaya verdi. İlk tədris ilinin başlanması ilə əlaqədar şagirdləri, pedoqoji heyəti və valideynləri təbrik edən Sevinc Budaqova, həmçinin məktəbin keçən tədris ilindəki uğurlarından, ali məktəbə yüksək balla qəbul olmuş məzunlardan danışdı. Həmin məzunlardan Dəniz Həsənli qonaq olaraq tədbirə dəvət olunmuşdu və o da öz növbəsində şagirdləri təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Ardınca söz məktəbə qonaq qismində təşrif buyuran Nəsimi rayon Bələdiyyəsinin sədri Əziz Zeynalova verildi. O da öz növbəsində çıxış edərək şagirdlərə uğurlar və nailiyyətlər arzuladılar.
Tədbirin davamında birincilər şeirlər oxudu, 7-cilər xor ifa etdi və rəqs nömrəsi nümayiş etdirdilər.
Tədbir yekunlaşdıqdan sonra həyəcanlı birincilər öz siniflərinə gedərək ilk dəfə parta arxasına əyləşdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi