Bu gün Milli Musiqi Günüdür

 18 sentyabr Milli Musiqi Günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
 Uşaq birliyi rəhbəri Süsən Məmmədova və musiqi müəllimi Leyla Cumayevanın təşəbbüsü ilə məktəbin 5 Ç sinfində Milli Musiqi Günü qeyd olundu.
Şagirdlərə bu gün haqqında ətraflı məlumat verildi və bir neçə şagird öncədən hazırladıqları təqdimatları sinif yoldaşları ilə bölüşdülər. Sonda 1941-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Nizami Gəncəvinin "Sənsiz" qəzəlinin sözlərinə bəstələnmiş qəzəl-romansı dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi