Oxu günü.“Cadugər və Daryuşka” nağılının təqdimatını keçirdi

Şagirdlərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması məqsədilə keçirilən “Oxu günü”ilə əlaqədar olaraq aprelin 24-də Ağabəy Novruzbəyli adın 46 nömrəli tam orta məktəbin 2ç sinif şagirdləri “Cadugər və Daryuşka” nağılının təqdimatını keçirdilər.“Cadugər və Daryuşka” nağılı V.A. Stepanovun “Beş nağıl” kitabına daxildir. “Beş nağıl” kitabı bir-birindən gözəl və maraqlı nağıllardan ibarətdir. Burada rus nağıl qəhrəmanlarının özünəməxsus xüsusiyyətləri, əxlaqi keyfiyyətləri əks olunub. Hər bir nağıl özündə müəyyən müsbət keyfiyyətlər aşılayır. Şagirdlər “Cadugər və Daryuşka” nağılındakı qəhrəmanların obrazlarını canlandıraraq səhnələşdirdilər. Nağıl şagirdlərdə xeyirlə şəri bir-birindən fərqləndirmək , yaxşı işlər görmək, hər bir çətinliyin öhdəsindən biliklə, ağılla, düzlüklə gəlmək kimi müsbət keyfiyyətlər aşıladı. Eləcə də bu nağıl heyvanlara, təbiətə olan qayğı hissini də şagirdlərdə formalaşdırdı. Şagirdlər bu obrazları canlandırmaqla öz hisslərini ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi