“Azərbaycanın təbii sərvətləri” adlı "Açıq dərs"

Məktəblilər ”Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunu araşdırır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayı “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusuna həsr olunub.Bununla əlaqədar olaraq aprelin 27-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Osmanova Nazilə Musa qızının 2C sinfində “Azərbaycanın təbii sərvətləri” adlı "Açıq dərs"i keçirildi. Bu dərsin məqsədi şagirdlərdə Vətənə, onun təbiətinə məhəbbət, ölkəmizin nemətlərini, təbii sərvətlərini qorumaq hissini aşılamaq idi. Dərs Abbas Səhhətin “Vətən” şeiri ilə başlandı. Dərs zamanı Azərbaycanın tarixi abidələri: Qobustan, Azıx mağarası, Atəşgah, Yanar dağdan söhbət açıldı. Bildirildi ki, Azərbaycanın ən əsas təbii sərvəti neft və qazdır.Osmanova Nazilə Azərbaycanın əlverişli iqlimindən, su, bitki və heyvanlar aləmindən də söz açdı. Sonra şagirdlər Xarı bülbül, dəmir ağacı, adları “Qırmızı kitaba” düşən Qafqaz qonur ayısı, vaşaq, bəbir haqqında məlumat verdilər. Sonra müəllim ölkəmizdə olan qoruqlar, milli parklar haqqında söhbət açaraq qeyd etdi ki, bütün bunlar təbiətimizi- bitkilər və heyvanlar aləmini qorumaq məqsədilə yaradılıb. Biz hamımız təbiətimizi qorumalı, onu sevməliyik. Dərs Müslüm Maqomayevin ifasında “Azərbaycan” mahnısı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi