25-28 aprel tarixləri arasında Türkiyənin Antalya şəhərində baş tutan qılıncoynatma üzrə EFC U14 Cirkuit turniri çərçivəsində məktəbimizin 8 C sinif şagirdi Rəhman Məmmədov Anar oğlu şəxsi yarışda 107 iştirakçı arasında 6-cı yerə layiq görüldü və bürünc medal və diplomla mükafatlandırıldı. Komanda yarışında isə komanda üzvləri 22 komanda arasında 3-cü yerə layiq görülərək bürünc medala sahib oldular.
Həmçinin, Rəhman Məmmədov nəticələrinə görə "İdman Ustalığına Namizəd" dərəcəsinə laiq görüldü.
Şagirdimizi təbrik edir, gələcək yarışlarda və təhsilində uğurlarının bol olmasını arzulayırıq.
12.04.2024 tarixdə Bolqarıstanda keçirilən yeniyetmələr arasında 14-cü Dünya Şotakan Cempionatında 10-11 yas, 35 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən məktəbimizin 4 Ç sinif şagirdi Nəcəfli Albadi 4 döyüş keçirərək 1-ci yerin qalibi olub, qızıl medal qazanaraq Azərbaycan bayrağını yüksəklərə ucaltmışdır. Beləliklə Albadi Nəcəfli 2 qat Dünya Çempionu adına layiq görülmüşdür.
Qeyd edək ki, Albadi Nəcəfli 1-ci dəfə Dünya Çempionu adına 08.09.2023 tarixdə Özbəkistanda keçirilən 13-cü Dünya Şotakan Karate Cempionatında 6 döyüş keçirərək, rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülərək qızıl medal qazanmısdı.