Məktəbimizdə rus dili və ədəbiyyatı fənni üzrə bilik yarışları keçirildi

Mayın 12-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə IX Respublika bilik yarışlarının növbəti turu keçirildi.Bilik yarışları Rusiya Səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimlərinin Assosiasiyası tərəfindən təşkil olunmuşdur.Bilik yarışlarında liseylərin və orta məktəbin Azərbaycan (rus dili fənni) və rus bölməsinin 7-8 sinif şagirdləri iştirak etdilər. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Bakı şəhər üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorunun böyük məsləhətçisi Böyükağa Əhmədov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və məktəbin direktoru Sevinc Budaqova Olimpiada iştirakçılarını salamladılar.Sonra məktəbimizin şagirdləri hazırladıqları bədii-musiqili kompozisiya ilə çıxış etdilər.“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov məktəbimizə rus dilində tədris, elmi-metodik və bədii ədəbiyyat dəstləri təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi