Faşizm üzərində Qələbənin 72-ci ildönümünə həsr olunmuş dərs keçirildi

Mayın 8-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin tarix müəllimi Zaunitdinova Esmira Böyük Vətən Müharibəsi və 9 May faşizm üzərində Qələbənin 72-ci ildönümünə həsr edilmiş dərs keçdi. Dərs 8"C" sinif şagirdləri ilə Nəsimi rayonu ərazisində yerləşən 1941-1945 Böyük Vətən Müharibəsinin Qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin qarşısında oldu. Esmira müəllimə Azərbaycanın bu müharibədə ön və arxa cəbhədəki rolu, 600 mindən çox azərbaycanlının bu müharibədə səfərbər olunması “Edelveys”planı, 121 nəfər Sovet İttifaqı qəhrəmanı, H.Aslanov, M.Hüseynzadə, İ.Məmmədov, Hüseynbala Əliyev, Z.Bünyadov, Q.Məmmədov, Z.Seidməmmədova, R.Zorge və başqa qəhrəmanlar, Azərbaycan diviziyaları haqqında geniş məlumat verdi. Şagirdlər 9 May Qələbə gününə həsr olunmuş şeirlər söylədilər və mahnılar oxudular. Dərsin sonunda şagirdlər R.Zorgenin də abidəsini ziyarət edib, qarşısına güllər düzərək,xatirə şəkili çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi