“Şuşasız 25 il” “Necə deyək Xarıbülbül düşmənlərin tapdağında soldu, galdı?”

Azərbaycanın dilbər güşələrindən biri, Qarabağın tacı, mədəniyyətimizin beşiyi olan Şuşanın işğalından 25 il keçir. Şuşa həsrəti... O düzlərin xalısının hər ilməsində bir çiçək boylanırdı. Cıdır düzünün həlim mehi ilə daranardı. Dağların arxasından doğan günəşlə bir oyanar, batan günəşlə bir yatardı. Bəs hanı, hanı Vətən bağının Xarıbülbülü? Hanı? Vətən bağı al-əlvandıYox üstündə XarıbülbülNədən hər yerin əlvandıKöksün altı sarı, bülbül?Mayın 8-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Şuşanın işğalına həsr olunmuş “Şuşasız 25 il” “ Necə deyək Xarıbülbül düşmənlərin tapdağında soldu, galdı?”adlı tədbir keçirildi.“Şuşasız 25 il” “ Necə deyək Xarıbülbül düşmənlərin tapdağında soldu, galdı?”adlı tədbirdə məktəbimizin hər bir müəlliminin və şagirdinin ürəyində Şuşa yanğısı, gözündə Şuşa həsrəti duyulurdu.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.İradə müəllimə Şuşanın yaranması, tarixi, inkişaf dövrləri, həm də ədəbiyyatımızda Şuşaya həsr olunmuş əsərlər haqqında ətraflı məlumat verdi. Sonra məktəbin tarix müəllimi Yeganə Ağayeva Şuşanın tarixi abidələri, insanların yaşayış tərzi və Şuşanın şəhər kimi formalaşmasından danışdı.Tədbir iştirakçıları şagirdlərin ifasinda Qarabağa və Şuşaya aid olan şeirləri dinlədilər.Ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Şuşa haqqında söylədikləri fikirlərdən ibarət filmi izlədilər.Məktəbin texnologiya müəllimi Nəzirə Zalova bir Şuşalı və şəhid ailəsi kimi Şuşa haqqında öz xatirələrini söylədi. Tərbiyə işləri üzrə direktor müavini Validə Sarıyeva da şagirdlərə Qarabağda yaşadığı illər haqqında, Qarabağın gözəllikləri haqqında danışdı.Sonda məktəbin direktoru Sevinc Budaqova öz çıxışında bildirdi ki, bu gün Qarabağın gözəl guşəsi Şuşanın adı çəkiləndə Üzeyir Hacıbəyov, Xan Şuşinski, Xurşidbanu Natəvan və Bülbül yada düşür.Azərbaycanın göz bəbəyi, iftixarı olan Şuşa azərbaycanlılar üçün alınmaz qala idi. Biz əminik ki, gözəl Şuşamız işğaldan tezliklə azad olunacaq və üçrəngli bayrağımız Şuşada dalğalanacaq! Hamımız Şuşanın azad olunması gününü Qələbə günü kimi qeyd edəcəyik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi