“Sağlam həyat tərzi” adlı "Açıq dərs" keçirildi

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq məktəbimizdə mayın 16-da “Sağlam həyat tərzi” adlı "Açıq dərs" keçirildi. "Açıq dərs" də məktəbin 8"B" sinif şagirdləri iştirak etdilər. "Açıq dərs" məktəbin biologiya müəllimi Cəfərova Qalina tərəfindən hazırlanmışdır. Dərs şagirdlərin maraqlı idman hərəkətləri ilə başlandı. Sonra “Siqaret çəkməyin zərəri”, “Alkoqollu içkilərin insan sağlamlığına mənfi təsiri”, “Alkoqol və narkotik maddələrin təhlükəsi”, “Mobil telefonlardan ifrat dərəcədə istifadə etməyin fəsadları” mövzusunda maraqlı təqdimatlar nümayiş etdirildi. Şagirdlər həm də “Narkotik maddələrin zərəri”, “Düzgün qidalanma” mövzusunda maraqlı referatlar təqdim etdilər.Sonra şagirdlərin iştirakı ilə “Müxtəlif ölkələrin uzunömürlüləri”adlı səhnəcik nümayiş etdirildi.Dərs gənc nəslin sağlam həyat tərzini dərk etmək, zərərli vərdişlərdən uzaq olaraq sağlamlıqlarının qayğısına qalmaq məqsədi daşıyırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi