Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında”mövzüsunda əbədi-bədii kompozisiya keçirildi

Mayın 10-da Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında”mövzüsunda əbədi-bədii kompozisiya keçirildi. Bu tədbirdə məktəbin 6-cı və 9-cu sinif şagirdləri iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin sədaları altında açıq elan edildi. Tədbirdə Ümumilli Liderin əziz xatirəsinə həsr olunmuş şeirlər, mahnılar müdrik fikirlər, aforizmlər səsləndirildi. Sözləri Leyla Əliyevaya, musiqisi Eldar Mansurova aid olan”Elegiya” filmi izlənildi. Sonra məktəbin xor kollektivi “And içirik biz”mahnısını ifa etdilər. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova Ulu Öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdə nüfuzu, daxili və xarici siyasi fəaliyyəti haqqında ətraflı çıxış etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi