Şairə Kəmalə Ağayevanın "Qönçələr" kitabının müzakirəsi keçirildi

Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Həftəyə bir kitab oxuyaq” layihəsi çərçivəsində mayın 12-də şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması işini həyata keçirmək məqsədi ilə 3"A" sinif şagirdləri tərəfindən mütaliə olunan Respublikanın əməkdar incəsənət xadimi, şairə Kəmalə Ağayevanın "Qönçələr" kitabının müzakirəsi keçirildi.Sinif müəllimi Elmira Mahmudova giriş sözü söylədi,sonra şagirdlər çıxışlarında kitabda yerləşən xalq nağılları əsasında səhnələşdirilmiş "Məlikməmməd" dramı,"Göyçək Fatma" mənzum nağıl-pyesi və məktəblilərin həyatından bəhs edən "Sirli sözlər" mənzum dramı haqqında fikirlərini dedilər,bu əsərlərin əsas məqsədinin mənəvi saflığa çağırış olduğunu bildirdilər və həmin əsərlərdən səhnəciklər göstərdilər."Qönçələr" kitabında olan vətənpərvərlik, ana və müəllim sevgisi,doğruçuluq, saflıq ruhlu şeirlər də şagirdlərin ifasında səsləndi.Bu şeirlərdə insan paklığı, mənəvi saflıq, dünyada əmin-amanlıq, haqq-ədalət arzularının əsas yer tutduğunu qeyd etdilər.Tədbirdə şairin sözlərinə yazılmış mahnılar səsləndi.Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova çıxış edərək şagirdlər tərəfindən oxunan əsərlərin müzakirəsinin keçirilməsinin,mütaliə etdikləri kitablar barədə rəy və mülahizələrini digər həmyaşıdları ilə paylaşmalarının oxu vərdişlərinin inkişaf etdirilməsinə böyük təsiri olduğunu bildirdi.Belə tədbirlərin keçirilməsi şagirdlərin diqqətinin mütaliəyə cəlb olunmasına və kitaba olan marağının daha da artırılmasına səbəb olur.Tədbirin sonunda məktəbin direktoru şagirdlərlə xatirə şəkli çəkdirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi