Qədim Misirə səyahət

Aprelin 28-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin tarix müəllimi Qəhrəmanova İradə misirşünaslıq üzrə layihə hazırlamış və dərs keçirmişdir. Dərsdə 6,8,10-cu siniflərin şagirdləri iştirak edirdilər. Dərsdə şagirdlər Misirin tarixi, təbii resursları və coğrafi mövqeyi haqqında öz parlaq biliklərini nümayiş etdirdilər. Həmçinin şagirdlər qədim Misir fironları Tutmos III və Ramzes II zamanındakı tarixindən, yəhudi xalqının oradakı yaşamından danışdılar. Daha sonra, öz əlləri ilə düzəltdikləri Misir ehramlarının, Sfinksin maketləri olan Misirşünaslıq muzeyinə baxış keçirdilər. Burada həmçinin Misir fironu Tutanxamona qədim Misir mədəniyyətinə uyğun zinət əşyalarının maketləri sərgilənirdi. Maketlərin içində Nifertitinin büstü də öz yerini tapmışdı. Ardınca “muzey bələdçisi” 10-cu sinif şagirdi Abbasova Natali, iştirakçıları Nifertitinin, Ramzes II, hökmdar Kleopatranın mum fiqurları ilə tanış etdi və bu tarixi şəxsiyyətlər barədə danışdı. Dünya xalqlarının tarix və mədəniyyətinin öyrənilməsi insanları daha da yaxınlaşdırır. Bu layihə ölkəmizdə və cəmiyyətimizdə multikulturalizmin dərin köklərini bir daha qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi