“NƏ? HARADA? NƏ ZAMAN?”

Aprelin 27-də iki məktəb arası daha bir bilik yarışması baş tutdu. Keçirilən silsilə bilik yarışmalarından ən arzuolunanı, ən qızğını və coşquya səbəb olanı “Nə? Harada? Nə zaman? “ intellekt yarışı,bilik mücadiləsi baş tutdu. Hər zaman olduğu kimi bu oyunda da mücadilə müəllimlərlə öz yetirmələri – şagirdlər arasında gedirdi. “Bilicilər” komandasının tərkibi bu dəfə fərqli idi. Məktəbimiz, məktəbin direktoru Sevinc xanım Budaqova başda olmaqla və 9-10-cu sinif şagirdləri Haşimov Sahib, Dinlər Rəsul, Muğalzadə Qızxanım Səbail rayonu 189-190 nömrəli tam orta məktəbin qonağı olub. Onlardan D.Rəsul,M.Qızxanım və H.Sahib məktəbin “Bilicilər”i – 10-cu sinif şagirdləri Məmmədov İbrahim,Qurbanova Səriyyə və Səfərov Heydərlə birlikdə masa arxasına keçmişdilər. “Bilicilər” qarşısında Rzayeva Xanım (Azərbaycan dili), Rzayeva Sevda(rus dili), Adıgözəlova Nərminə (kimya), Nəsibova Samirə, Tağıyeva Sevil (tarix), Kazımzadə Fəridə (coğrafiya), Muradova Zülfiyyə, Nadirova Sevda (biologiya) tərəfindən ünvanlanmış düşündürücü, məntiqə əsaslanan sualları və oyunun formatına uyğun olaraq 3 sualdan ibarət “Superblits”i cavablandırmaq,“Qara qutu” da “gizlədilmiş” əşyanı tapmaq, təqdim olunmuş şəklin mənasını açıqlamaq kimi bir vəzifə dururdu. Sevinc xanımın “Qonaq” bölməsində iştirak etməsi və “Bilicilər”ə qarşı oynaması gözlənilməz olsa da,tədbirə xüsusi rəng qatmış oldu. Gərgin keçən və qaydalara ciddi əməl olunan yarışmadan Səfərov Heydərin kapitan olduğu “Bilicilər” komandası qalib çıxdı. “Oyunu izləyən onlarla şagird və müəllim qarşısında duruş gətirən komanda hər cür alqışa və tərifə layiqdir” – dedi Ceyran xanım. Fərhadın skripkada solo ifası, Əminənin ifa etdiyi mahnı gərginliyi aradan qaldırmaqla komandaya dəstək vermiş oldu. Sonda “Ən fəal oyunçu” və “Ən yaxşı sual” nominasiyalarında qaliblər müəyyənləşdirildi və xatirə hədiyyəsi ilə mükafatlandırıldı. 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran xanıma və məktəbin kollektivinə öz təşəkkürümüzü bildiririk!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi