Akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi

“Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.” HEYDƏR ƏLİYEV 28.04.1995Azərbaycan SSR-nın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə aprelin 28-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin 6a sinfinin şagirdləri və məktəbin ana dili müəllimi Məmmədova Gülmirə tədbir keçirdilər. Tədbirdə şagirdlər Zərifə xanıma həsr olunmuş şeirlər, Sevil Əliyevanın Fikrət Qocanın sözlərinə bəstələdiyi “Ana” mahnısını oxuyub, Zərifə xanıma həsr olunmuş slayda tamaşa etdilər. Tədbirdə məktəbin direktoru Sevinc xanım Budaqova cıxış etdi. O, Zərifə Əliyevanın ömür yolu haqqında ətraflı danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi