Valideynlərlə görüş

Mayın 2-də Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin rəhbərliyinin, valideynlərlə və valideyn icma sədrləri ilə görüşü keçirildi.Məktəbin direktoru Sevinc Budaqova valideynlərlə görüş zamanı şagirdlərin davamiyyəti, nizam-intizamı, onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə aparılan işlər və gələcək üçün görüləcək işlərdən, şirniyyat məhsullarının məktəbə gətirilməməsi, şagirdlərin sosial şəbəkələrdən istifadəsini nəzarətdə saxlamaq, həmçinin məktəbli forması, məktəbli kitabçası, dərsliklərin səliqəli təhvili haqqında ətraflı söhbət apardı.O cümlədən, valideynlərin təklifləri və sualları cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi