I ümumşəhər konfransı keçirilib.Dekabr ayının 28 - də "Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilib. Konfransda məktəbin KA rəhbəri Ülviyyə Məmmədova və KA - nın üzvü, 11 "B" sinif şagirdi Məryəm Rzayeva iştirak edib. Konfransda iştirak edən bütün KA üzvləri BŞTİ tərəfindən təşəkkürnamə ilə təltif olunub.
"Kiçik Akademiya" ların elmi konfransı keçirilib.Noyabr ayının 23 - də Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə rayon məktəblərində fəaliyyət göstərən "Kiçik Akademiya" ların ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rayon elmi konfransı keçirilib. Həmin konfransda məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” təbiət bölməsinin üzvü, 11 "B" sinif şagirdi Məryəm Rzayeva "Batareya aksiyası" adlı mövzu ilə çıxış edib. Məryəm öz təqdimatında vaxtı bitmiş batareyaların ətraf mühitə və canlılara vurduğu zərərlərdən danışıb, bunun qarşısını almaq üçün batareyaların ətraf mühitdən yığılaraq müvafiq qurumlara təhvil verilməsinin vacibliyini diqqətə çatdırıb. Mövzunun aktuallığı və tətqiqat xarakterli olması konfrans iştirakçılarının böyük marağına və alqışına səbəb olub.
“Kiçik Akademiya”ların konfransı keçirildiMayın ayının 23 - də Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə rayon ümumtəhsil məktəblərində fəaliyyət göstərən "Kiçik Akademiya"ların konfransı keçirildi. Məktəbin X sinif şagirdi, KA - nın təbiət bölməsinin üzvü Gültəkin Rəcəbova, təlim - tərbiyə işləri üzrə direktor müavini Kəmalə Piriyeva və KA - ya məsul şəxs, təşkilatçı müavin Ülviyyə Məmmədova həmin konfransda iştirak etdi. Qeyd edək ki, şagirdimiz konfransda "İçməli su problemi" adlı təqdimatı ilə çıxış etdi. Konfransın sonunda təqdim olunan 20 məktəb arasında ən çox bəyənilən 7 iş ümumi səsvermə yolu ilə seçilərək BŞTİ - nə göndərildi. Qalib məktəbləri (1, 9, 42, 44, 54, 240, THL ) ürəkdən təbrik edirik.
Talassemiya Gününə həsr edilmiş təqdimat keçirildiMəktəbin “Kiçik Akademiya”sının tərkibində fəaliyyət göstərən Təbiət bölməsinin üzvləri və 9 “B” sinif şagirdlərinin birgə əməkdaşlığı ilə mayın ayının 8 – də Beynəlxalq Talassemiya Gününə həsr olunmuş təqdimat keçirildi. Tədbirdə məktəb rəhbərliyi, biologiya müəllimləri və KA – nın üzvləri iştirak etdi. Təqdimat zamanı məktəbin biologiya müəllimi Sədaqət Qurbanovanın rəhbərliyi ilə şagirdlərin hazırladıqları çıxışlar dinlənildi. Şagirdlər əvvəlcə insanın genetik xəstəliklərindən, onların irsın ötürülmə mexanizmindən, qohum nigahlarının xəstəliklərin çoxalmasındakı əsas amil olmasından danışdılar. Daha sonra isə talassemiya xəstəliyinin tarixi, xüsusiyyətləri, növləri, orqanizmdə biruzə verən fərqli simptomları, dünya və ölkə üzrə statistik məlumatları, bir sözlə araşdırma nəticələrini foto – video slayd şəkilndə təqdim etdilər.
Heydər Əliyev və ordu quruculuğuMart ayının 29 - da məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın humanitar bölməsinin üzvləri "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda təqdimat keçirdi. Təqdimat məktəbin tarix müəllimi Arzu Pirinin rəhbərliyi və 9 "Ç" sinfinin KA – ya üzv olmuş bir qrup şagirdinin iştirakı ilə təşkil edildi. Tədbirdə KA – nın məktəb üzrə məsul şəxsi Ülviyyə Məmmədova, tarix müəllimləri Vəfa Heydərova, İradə Hüseynli və KA – nın digər üzvləri iştirak etdi. Şagirdlər əvvəlcə mövzu ilə əlaqədar topladıqları məlumatları təqdim etdilər. Daha sonra şagirdlərin hazırladıqları videoçarx nümayiş olundu. Sonda tarix müəllimi Piri Arzu çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi əhəmiyyətli və əvəzolunmaz işlərini bir daha şagirdlərin diqqətinə çatdırdı.
“İçməli suyun təmizlənməsi” mövzusunda təqdimat keçirilib.Fevral ayının 17 – də məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın Təbiət bölməsinin üzvləri, 10 “C” sinif şagirdləri – Gültəkin Rəcəbova, Fatimə Ağayeva və Aytac Həsənzadə biologiya müəllimi Səlimə Bəkirovanın rəhbərliyi ilə “İçməli suyun təmizlənməsi” mövzusunda təqdimat ediblər. Təqdimat zamanı şagirdlər içməli su problemləri, şirin su ehtiyatlarının tükənməsi səbəbləri, bu səbəblərin aradan qaldırılması yolları və çirkab sularının təmizlənməsi istiqamətində görülən işlərdən danışıb, maraqlı təkliflər irəli sürüblər. Tədbirin gedişatında həmçinin şagirdlərin hazırladıqları videoçarxın nümayişi baş tutub. Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirə aparıb, tədbir dinləyicilərinin suallarını cavablandırıblar.
Azərbaycanda içməli su problemiDekabr ayının 28 - də "Kiçik akademiya" nın təbiət bölməsinin üzvləri " Azərbaycanda içməli su problemi" mövzusunda layihə təqdim etdilər. Məktəbin biologiya müəllimi, təşkilatçı Ülviyyə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təqdimatda əvəlcədən müəyyənləşdirilmiş plan üzrə VIII sinif şagirdləri - Əsmər Zeynalova, Nicat Vəliyev, Duyğu Abbasova və Sabir Ağamalıyev məruzə ilə çıxış etdilər. Daha sonra mövzu ilə əlaqədar araşdırılan materiallarından ibarət videoçarxın təqdimatı oldu. Tədbirdə məktəb rəhbərliyi və KA - nın digər üzvləri iştirak etdilər.
KA - nın üzvləri ağacəkmə aksiyasında iştirak etdilər.Məktəbdə fəaliyyət göstərən KA - nın üzvləri biologiya müəllimlərinin birgə təşəbbüsü ilə sentyabr ayının 26 - da şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq onların adına ağacəkmə aksiyası keçirdilər. Aksiya zamanı məktəbin həyətyanı sahəsinə çoxlu şam ağacları əkildi.
Təbiəti qoruyanlarAprel – may ayları ərzində məktəbin KA – nın təbiət bölməsi üzrə fəaliyyət göstərən üzvləri “Təbiəti qoruyanlar” layihəsi çərçivəsində ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıqların artırılması və qorunması, ətraf mühitin təmizlənməsi, ekoloji guşələrin və sərgilərin təşkili, eyni zamanda məktəbin həyətyanı sahəsində yaşıllaşdırma işinin aparılması məqsədilə xeyli iş görüblər. Sayılan bu fəaliyyətlərdə məktəbin təsviri incəsənət, biologiya müəllimləri və 8,9 və 10 – cu sinif şagirdləri fəal iştirak ediblər. Bu tədbirlər silsiləsindən iyun ayının 1 – də biologiya müəllimi Aybəniz Soltanovanın rəhbərliyi ilə məktəb foyesində yaradılan ekoloji guşəni qeyd etmək olar.
Dəmir yumruqMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın humanitar blokunun şagirdləri may ayının 6 - da tarix müəllimi Arzu Pirinin rəhbərliyi ilə “Dəmir yumruq” başlığı altında dəyirmi masa keçiriblər. Şagirdlər 44 günlük Vətən müharibəsində rəşadət göstərən Azərbaycanın müzəffər ordusu haqqında geniş araşdırmalar aparıb, onların döyüş taktikasını mütəxəssislərin fikirlərinə əsaslanaraq araşdırıblar. KA – nın üzvləri həmçinin Azərbaycanda ordu quruculuğunun tarixindən danışıb maraqlı müzakirələr aparıb və qeyd ediblər ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan ordusu öz gücünü bütün dünyaya bəyan edib və artıq Azərbaycan ordusu bir çox dünya ölkələri üçün örnək xarakteri daşımaqdadır.
Əziz Şuşa, sən azadsan!“Şuşa ili” ilə bağlı tədbirlər Planına uyğun olaraq tədbirlərin keçirilməsinə başlanılıb. Bununla əlaqədar məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” nın fəaliyyət planına bir sıra tədbirlər daxil edilib. Aprel ayının 28 – də məktəbin tarix müəllimi Arzu Piri KA – nın humanitar elmlər istiqaməti üzrə fəaliyyət göstərən bir qrup 8, 9 və 10 – cu sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil etdi. Dəyirmi masada “Şuşanın tarixi, bu günü və sabahı” adlı mövzu üzrə şagirdlərin hazırladıqları məruzələr dinlənildi. Məktəbin 10 “A” sinif şagirdi Elnur İsmayılzadə mövzuya dair hazırladığı təqdimatı nümayiş etdirdi. Qarşılıqlı diskussiya və fikir mübadiləsi ilə keçən tədbirdə şagirdlər apardıqları araşdırmaların nəticəsi ilə dinləyənləri tanış etdilər. Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa haqqında 8 – ci sinif şagirdlərinin əldə etdiyi bilmədiyimiz maraqlı tarixi faktlar, tanınmış şəxsiyyətlər barəsində ətraflı məlumatlar tədbir iştirakçılarının böyük diqqətinə səbəb oldu.
Qlobal istiləşmə və insanların həyatına təsiriMəktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın üzvləri Fatimə Məmmədova və Ramil Kərimzadə " Qlobal istiləşmə və insanların həyatına təsiri” mövzusunda araşdırma aparmış və maraqlı videovloq hazırlamışlar. Şagirdlərimiz hazırladıqları sosial videovloqda içməli su ehtiyatlarının azalması, çayların suyunun qurumasını, meşə ehtiyatının azalmasını əsaslı şəkildə qlobal istiləşmə ilə əlaqələndirmiş və maraqlı təkliflər irəli sürmüşlər. https://fb.watch/94radEIV1L/
2021 – 2022 – ci tədris ili üçün “Kiçik Akademiya”nın növbəti iclası keçirildi.Məktəbdə fəaliyyət göstərən KA – nın 2021 – 2022 – ci tədris ili üçün növbəti iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd KA – ya yeni qoşulmuş şagirdləri qurumun fəaliyyəti ilə tanış etmək, onlara düzgün istiqamət vermək, həmçinin qısa müddət ərzində KA – nın fəaliyyəti haqqında hesabatı şagirdlərin diqqətinə çatdırmaq idi. Əvvəlcə məktəbin təşkilatçı direktor müavini, KA – ya məsul şəxs Ülviyyə Məmmədova iclasın gündəliyi ilə iştirakçıları tanış etdi, daha sonra məktəbin direktoru Nailə Cəfərova çıxış etdi. Nailə müəllimə iclasda maraqlı təkliflər və tövsiyyələr irəli sürdü. Tədris işləri üzrə direktor müavini Kəmalə Piriyeva da çıxış edərək şagirdlərə öz dəyərli məsləhətlərini verdi.
Fəxri Xiyabana ziyarət"Kiçik Akademiya" nın bir qrup üzvü Fəxri Xiyabanı ziyarət etdi. 27 sentyabr Anım Günü ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən təşkil edilmiş ziyarət zamanı şagirdlər Vətən müharibəsi şəhidlərinə ehtiram əlaməti olaraq onların məzarını ziyarət etdilər, tər qərənfillər düzdülər. Şagirdlərin vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynayan bu kimi tədbirlər KA rəhbərləri tərəfindən mütəmadi olaraq təşkil edilir.
Elektromaqnit dalğalarının həyatımıza təsiriMay ayının 29 – da “Kiçik Akademiya” nın fizika – riyaziyyat bölməsinin üzvlərinin təqdimatı oldu. Zoom proqramı ilə təşkil edilən təqdimat “Elektromaqnit dalğalarının həyatımıza təsiri” mövzusuna həsr olunmuşdur. Məktəb rəhbərliyi, KA – nın üzvləri, fənn müəllimlərinin iştirakı ilə keçirilən tədbir çox maraqlı və yaddaqalan oldu. Şagirdlər elektromaqnit dalğaları, onların insan həyatına təsiri, ətraf mühitdə yaratdığı dəyişikliklər haqqında müxtəlif mənbələrdən araşdırmalar aparıb maraqlı iş ortaya çıxardılar. Araşdırmaçı şagirdlərimiz bildirdilər ki, gələcəkdə bu mövzunu daha da dərinləşdirəcək, çox mühüm məsələ olan elektromaqnit dalğalarından ən etibarlı şəkildə qorunmaq yollarını axtarıb arayacaqlar.
“Kiçik Akademiya”nın üzvlərinin növbəti təqdimatıMay ayının 27 – də Microsoft Teams platforması üzərindən məktəbdə yenicə yaradılmış Kiçik Akademiyanın təbiət bölməsinin üzvlərinin təqdimatı oldu. Təqdimatda məktəb rəhbərliyi,KA – nın prezidenti, üzvləri, fənn müəllimləri iştirak etdilər. Biologiya bloku üzrə şagirdlər “ Bitkilərdən təbii boyaların və qida əlavələrinin” alınmasının bir neçə üsulunu araşdırıb tapmışlar və proseslərin ardıcıllığını ev şəraitində icra edərək video yazı qeydləri götürmüşlər. Şagirdlərimiz çuğundur bitkisindən qida əlavəsi və təbii boyanın alınması üsulunu canlı şəkildə tədbir iştirakçılarına nümayiş etdirdilər. Biologiya blokunun şagirdləri bildirdilər ki, növbəti tədris ilində də mövzu ətrafında daha dərin araşdırmalar aparacaq, müxtəlif mənbələrdən yeni bilgilər əldə edib təqdimatlar hazırlayacaqlar.
Biomüxtəliflik Günü ilə əlaqədar təqdimat"Kiçik Akademiya"nın Biologiya blokunun üzvləri 22 May - Biomüxtəliflik Günü ilə əlaqədar təqdimat etdilər. KA - nın üzvləri biomüxtəliflik, onun qorunması yolları, ayrı - ayrı qrupları, məhv olma səbəbləri haqqında geniş araşdırmalar aparmış və maraqlı slaydlar hazırlamışdılar. KA - nın rəhbərlərinin, digər bölmələr üzrə üzvlərinin, fənn müəllimlərinin iştirakı ilə keçirilən təqdimatda şagirdlər elmə yenicə məlum olan canlı növləri haqqında da məlumat verdilər.
"Nizami dünyası" adlı intellektual yarış keçirildiMay ayının 1 – də Microsoft Teams platforması üzərindən “Kiçik Akademiya” nın rəhbəri, fənn müəllimləri və humanitar blokun şagirdlərinin iştirakı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami dünyası” adlı intellektual yarış keçirildi. Nizami Gəncəvinin həyat və yaradıcılığını, ədəbi irsini dərindən öyrənmək və öyrətmək məqsədilə keçirilən yarışın nəticələrinə əsasən 10 “C” sinif şagirdi İbrahimli Mətin I yerə; 9 “C” sinif şagirdi Məmmədli Fatimə, 9 “D” sinif şagirdi Abbasova Rəşidə, 10 “A” sinif şagirdi Məmmədova Fatimə II yerə; 9 “C” sinif şagirdi Qaytaranzadə Amin, 10 “A” sinif şagirdləri Məmmədova Səbinə və Kərimzadə Ramil III yerə; Rəcəbova Gültəkin və Məmmədov Raif isə həvəsləndirici yerlərə layiq görüldülər.
Respublika Fənn Olimpiadasının II turuna hazırlıqlar davam edir"Kiçik Akademiya" nın kiçik üzvləri, gələcəyin həvəskar tətqiqatçıları olan iki şagirdimiz - Hacıyev Elxan Rəfi oğlu və Əhmədli Murad Əfqan oğlu Respublika Fənn Olimpiadasında riyaziyyat fənni üzrə iştirak edərək II mərhələyə vəsiqə qazanıblar. Şagirdlərimizə metodiki dəstək məqsədi ilə "Kiçik Akademiya" nın həqiqi üzvləri və fənn müəllimləri onlarla onlayn qaydada tez - tez əlaqə saxlayıb, faydalı tövsiyyələr verirlər.
“Kiçik Akademiya”nın ilk konfransı keçirildi.M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın yaradılmasına 2021 – ci ildə qərar verilib. Aprel ayının 12 – də məktəbin direktoru Nailə Cəfərova, direktor müavinləri, fənn müəllimləri və könüllülük əsasında seçilmiş istedadlı şagirdlərin iştirakı ilə Kiçik Akademiyanın ilk konfransı Microsoft Teams platforması üzərindən onlayn keçirildi. İlk növbədə Nailə Cəfərova şagirdləri KA – nın əsasnaməsi ilə bir daha tanış etdi və görəcəkləri işlər barəsində onları məlumatlandırdı. O, qeyd etdi ki, məktəbdə Kiçik Akademiyanı yaratmaqla hədəfimiz şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətdə sistemli iş aparmaq, onların tətqiqatçılıq bacarığını üzə çıxarmaq, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır. Konfrans zamanı KA – nın idarəetmə orqanı olan Şura üzvləri tərəfindən səsvermə yolu ilə prezident və vitse – prezidentlər təyin olundu. Tətqiqat aparılacaq istiqamətlər müəyyənləşdi. Əsasən KA - da təbiət, fizika – riyaziyyat, texniki elmi istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutululdu.
Nəsimi rayonu M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəb 1964-cü ildən istifadəyə verilib. Məktəb faşizmə qarşı mübarizə tarixinə Azərbaycan xalqın...
Nəsimi rayonu M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəb 1964-cü ildən istifadəyə verilib. Məktəb faşizmə qarşı mübarizə tarixinə Azərbaycan xalqın...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi