2021 – 2022 – ci tədris ili üçün “Kiçik Akademiya”nın növbəti iclası keçirildi.

Məktəbdə fəaliyyət göstərən KA – nın 2021 – 2022 – ci tədris ili üçün növbəti iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd KA – ya yeni qoşulmuş şagirdləri qurumun fəaliyyəti ilə tanış etmək, onlara düzgün istiqamət vermək, həmçinin qısa müddət ərzində KA – nın fəaliyyəti haqqında hesabatı şagirdlərin diqqətinə çatdırmaq idi. Əvvəlcə məktəbin təşkilatçı direktor müavini, KA – ya məsul şəxs Ülviyyə Məmmədova iclasın gündəliyi ilə iştirakçıları tanış etdi, daha sonra məktəbin direktoru Nailə Cəfərova çıxış etdi. Nailə müəllimə iclasda maraqlı təkliflər və tövsiyyələr irəli sürdü. Tədris işləri üzrə direktor müavini Kəmalə Piriyeva da çıxış edərək şagirdlərə öz dəyərli məsləhətlərini verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi