Azərbaycanda içməli su problemi
Dekabr ayının 28 - də "Kiçik akademiya" nın təbiət bölməsinin üzvləri " Azərbaycanda içməli su problemi" mövzusunda layihə təqdim etdilər. Məktəbin biologiya müəllimi, təşkilatçı Ülviyyə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təqdimatda əvəlcədən müəyyənləşdirilmiş plan üzrə VIII sinif şagirdləri - Əsmər Zeynalova, Nicat Vəliyev, Duyğu Abbasova və Sabir Ağamalıyev məruzə ilə çıxış etdilər. Daha sonra mövzu ilə əlaqədar araşdırılan materiallarından ibarət videoçarxın təqdimatı oldu. Tədbirdə məktəb rəhbərliyi və KA - nın digər üzvləri iştirak etdilər.