"Kiçik Akademiya" ların elmi konfransı keçirilib.

Noyabr ayının 23 - də Nəsimi rayonu 164 nömrəli tam orta məktəbdə rayon məktəblərində fəaliyyət göstərən "Kiçik Akademiya" ların ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rayon elmi konfransı keçirilib. Həmin konfransda məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” təbiət bölməsinin üzvü, 11 "B" sinif şagirdi Məryəm Rzayeva "Batareya aksiyası" adlı mövzu ilə çıxış edib. Məryəm öz təqdimatında vaxtı bitmiş batareyaların ətraf mühitə və canlılara vurduğu zərərlərdən danışıb, bunun qarşısını almaq üçün batareyaların ətraf mühitdən yığılaraq müvafiq qurumlara təhvil verilməsinin vacibliyini diqqətə çatdırıb. Mövzunun aktuallığı və tətqiqat xarakterli olması konfrans iştirakçılarının böyük marağına və alqışına səbəb olub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi