“İçməli suyun təmizlənməsi” mövzusunda təqdimat keçirilib.
Fevral ayının 17 – də məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın Təbiət bölməsinin üzvləri, 10 “C” sinif şagirdləri – Gültəkin Rəcəbova, Fatimə Ağayeva və Aytac Həsənzadə biologiya müəllimi Səlimə Bəkirovanın rəhbərliyi ilə “İçməli suyun təmizlənməsi” mövzusunda təqdimat ediblər. Təqdimat zamanı şagirdlər içməli su problemləri, şirin su ehtiyatlarının tükənməsi səbəbləri, bu səbəblərin aradan qaldırılması yolları və çirkab sularının təmizlənməsi istiqamətində görülən işlərdən danışıb, maraqlı təkliflər irəli sürüblər. Tədbirin gedişatında həmçinin şagirdlərin hazırladıqları videoçarxın nümayişi baş tutub. Sonda tədbir iştirakçıları mövzu ətrafında müzakirə aparıb, tədbir dinləyicilərinin suallarını cavablandırıblar.