HAQQIMIZDA

    Nəsimi rayonu M. Hüseynzadə adına 19 nömrəli tam orta məktəb 1964-cü ildən istifadəyə verilib. Məktəb faşizmə qarşı mübarizə tarixinə Azərbaycan xalqının adını qızıl hərflərlə yazmış Mehdi     Hüseynzadənin adını daşıyır.1970-ci ildən sonra bu məktəbin bazasında 14 nömrəli tam orta məktəb, 1982-ci ildə isə 266 nömrəli tam orta məktəb yaradılıb. 2006-cı ildə məktəbin ibtidai sinifləri üçün II korpus tikilib istifadəyə verilib. Məktəb 2013-cü ildə əsaslı təmir olunub. Məktəbdə ümumilikdə 53 sinif otağı var. Məktəb 5 günlük, 2 növbəli iş rejimində fəaliyyət göstərir. Eyni zamanda, məktəbdə idman zalı, kitabxana, akt zalı, tədris və təcrübə otaqları, tibb otağı, bufet, həmçinin, fizika, biologiya, kimya, texnologiya,informatika, linqafon, hərbi hazırlıq kabinetləri fəaliyyət göstərir. Məktəbin 6 kabinetində elektron lövhə quraşdırılmış və müxtəlif fənlərin tədrisində onlardan istifadə edilir. 2023 - 2024-cü  tədris ilində məktəbdə 1490 nəfər şagird 57 sinifdə komplekləşdirilmişdir və onların təlim-tərbiyəsi ilə 104 nəfər müəllim məşğul olur. Məktəbin məzunlarından üç nəfəri Heydər Əliyev təqaüdçüsü, 2 nəfər sərbəst güləş üzrə dünya kubokunun qalibi, 1 nəfər  şahmat idman növü üzrə Avropa üçüncüsü, hazırda 11 - ci sinifdə təhsil alan bir şagird  sərbəst güləş üzrə Avropa çempionu  olub. Məktəbdə Şahmat, Basketbol, Voleybol, İngilis dili, Bədii qiraət, Təbiətə qayğı və Rus dili dərnəkləri  fəaliyyət göstərir. Məktəb 2019 - cu ildən OCEP ( Olimpiya Mədəniyyəti və Təhsil Proqramı) layihəsində  Danimarka Respublikasını təmsilçisidir. Məktəbdə həmçinin Sağlam Təhsil, Rəqəmsal bacarıqlar, STEAM layihələri tətbiq olunur. 2023 - 2024 - cü tədris ilindən etibarən məktəbdə inklüziv təhsil sinfi fəaliyyət göstərir. 

    Məktəbin məzunu Fəxrəddin Nəcəfov I Qarabağ müharibəsində iştirak edərək böyük şücaət göstərib və şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra ona Milli Qəhrəman adı verilib. Yaxınlıqda yerləşən 266 nömrəli tam orta məktəb Milli Qəhrəmannın adını daşıyır. II Qarabağ müharibəsində isə məktəbin məzunu Rauf Səxavət oğlu Əliyev qəhrəmancasına şəhid olub.  Müharibədə göstərdiyi xidmətlərə görə "Füzulinin azad olunması", "Xocavəndin azad olunması"  və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi