assembly

Heydər Əliyev Mərkəzinə ekskursiya


22.02.2018

Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə müqaviləsinə əsasən Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə fəaliyyət göstərən ümümtəhsil məktəblərinin ekskursiya qrafikinə uyğun olaraq məktəbimizin bir qrup şagirdi və müəllimi 22 fevralda Heydər Əliyev Mərkəzində oldu.

Mərkəzin bələdçisi şagirdlərimizə Mərkəz haqqında ətraflı məlumat verdi.Bildirdi ki, Mərkəzin layihəsi 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli, 1886 nömrəli Sərəncamı əsasında yaradılan Mərkəz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və dilinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin bələdçisi həmçinin şagirdlərə  Heydər Əliyev Mərkəzinin yaranma tarixi haqqında danışaraq bildirdi ki,10 may 2012 -ci ildə mərkəzin təntənəli açılış mərasimi olmuş və bu hadisə  Heydər Əliyevin  89-cu doğum gününə təsadüf etmişdir. 

Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və "Auditorium".

Şagirdlərimiz 6 sərgi salonunu və  həmçinin Heydər Əliyev Muzeyini  gəzərək dəyərli və vacib olan məlumatları əldə etdilər.Şagirdlərimizi maraqlandıran suallar ətraflı cavablandırıldı.

 

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/19/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

8 Mart
Beynəlxalq Qadınlar Günü

20 Mart — 24 Mart
Novruz bayramı

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Respublika Günü

15 İyun — 16 İyun
Ramazan bayramı

15 İyun
Azərbaycan xalqının Milli Qurtuluş Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM