“Təbiəti qoruyaq” layihəsi çərçivəsində “Batareya aksiyası” nın açılış tədbiri

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsində qalib olmuş “Təbiəti qoruyaq” layihəsi çərçivəsində “Batareya aksiyası” nın açılış tədbiri keçirilmişdir.

    Tədbirdə layihəyə qoşularaq bizimlə əməkdaşlıq edən Bakı şəhəri 14 nömrəli məktəbin direktoru Rəfail Hüseynov və 266 nömrəli məktəbin direktoru İradə Hüseynova iştirak etmişlər. Layihənin ilkin təqdimatı 19 nömrəli tam orta məktəbin direktoru, layihə rəhbəri Nailə Cəfərova tərəfindən həyata keçirilmişdir. Tədbir iştirakçılarının diqqətinə layihənin məqsəd və hədəfləri çatdırılmış, işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına törətdiyi zərərlər ətraflı şəkildə izah edilmişdir.Tədbirdə layihənin təqdimatları 8A sinif şagirdləri tərəfindən həyata keçirilmişdir. Tədbirin hazırlanmasında isə 8A sinifinin rəhbəri, biologiya müəllimi Sədaqət Qurbanovanın və informatika müəllimi Gülşən Mikayılovanın mühüm rolu olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi