Heydər Əliyev və ordu quruculuğu

Mart ayının 29 - da məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" nın humanitar bölməsinin üzvləri "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda təqdimat keçirdi. Təqdimat məktəbin tarix müəllimi Arzu Pirinin rəhbərliyi və 9 "Ç" sinfinin KA – ya üzv olmuş bir qrup şagirdinin iştirakı ilə təşkil edildi. Tədbirdə KA – nın məktəb üzrə məsul şəxsi Ülviyyə Məmmədova, tarix müəllimləri Vəfa Heydərova, İradə Hüseynli və KA – nın digər üzvləri iştirak etdi. Şagirdlər əvvəlcə mövzu ilə əlaqədar topladıqları məlumatları təqdim etdilər. Daha sonra şagirdlərin hazırladıqları videoçarx nümayiş olundu. Sonda tarix müəllimi Piri Arzu çıxış edərək Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi əhəmiyyətli və əvəzolunmaz işlərini bir daha şagirdlərin diqqətinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi