Talassemiya Gününə həsr edilmiş təqdimat keçirildi
Məktəbin “Kiçik Akademiya”sının tərkibində fəaliyyət göstərən Təbiət bölməsinin üzvləri və 9 “B” sinif şagirdlərinin birgə əməkdaşlığı ilə mayın ayının 8 – də Beynəlxalq Talassemiya Gününə həsr olunmuş təqdimat keçirildi. Tədbirdə məktəb rəhbərliyi, biologiya müəllimləri və KA – nın üzvləri iştirak etdi. Təqdimat zamanı məktəbin biologiya müəllimi Sədaqət Qurbanovanın rəhbərliyi ilə şagirdlərin hazırladıqları çıxışlar dinlənildi. Şagirdlər əvvəlcə insanın genetik xəstəliklərindən, onların irsın ötürülmə mexanizmindən, qohum nigahlarının xəstəliklərin çoxalmasındakı əsas amil olmasından danışdılar. Daha sonra isə talassemiya xəstəliyinin tarixi, xüsusiyyətləri, növləri, orqanizmdə biruzə verən fərqli simptomları, dünya və ölkə üzrə statistik məlumatları, bir sözlə araşdırma nəticələrini foto – video slayd şəkilndə təqdim etdilər.