“Kiçik Akademiya”nın üzvlərinin növbəti təqdimatı

May ayının 27 – də Microsoft Teams platforması üzərindən məktəbdə yenicə yaradılmış Kiçik Akademiyanın təbiət bölməsinin üzvlərinin təqdimatı oldu. Təqdimatda məktəb rəhbərliyi,KA – nın prezidenti, üzvləri, fənn müəllimləri iştirak etdilər. Biologiya bloku üzrə şagirdlər “ Bitkilərdən təbii boyaların və qida əlavələrinin” alınmasının bir neçə üsulunu araşdırıb tapmışlar və proseslərin ardıcıllığını ev şəraitində icra edərək video yazı qeydləri götürmüşlər. Şagirdlərimiz çuğundur bitkisindən qida əlavəsi və təbii boyanın alınması üsulunu canlı şəkildə tədbir iştirakçılarına nümayiş etdirdilər. Biologiya blokunun şagirdləri bildirdilər ki, növbəti tədris ilində də mövzu ətrafında daha dərin araşdırmalar aparacaq, müxtəlif mənbələrdən yeni bilgilər əldə edib təqdimatlar hazırlayacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi