“Kiçik Akademiya”nın ilk konfransı keçirildi.

M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın yaradılmasına 2021 – ci ildə qərar verilib. Aprel ayının 12 – də məktəbin direktoru Nailə Cəfərova, direktor müavinləri, fənn müəllimləri və könüllülük əsasında seçilmiş istedadlı şagirdlərin iştirakı ilə Kiçik Akademiyanın ilk konfransı Microsoft Teams platforması üzərindən onlayn keçirildi. İlk növbədə Nailə Cəfərova şagirdləri KA – nın əsasnaməsi ilə bir daha tanış etdi və görəcəkləri işlər barəsində onları məlumatlandırdı. O, qeyd etdi ki, məktəbdə Kiçik Akademiyanı yaratmaqla hədəfimiz şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətdə sistemli iş aparmaq, onların tətqiqatçılıq bacarığını üzə çıxarmaq, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaqdır. Konfrans zamanı KA – nın idarəetmə orqanı olan Şura üzvləri tərəfindən səsvermə yolu ilə prezident və vitse – prezidentlər təyin olundu. Tətqiqat aparılacaq istiqamətlər müəyyənləşdi. Əsasən KA - da təbiət, fizika – riyaziyyat, texniki elmi istiqamətlər üzrə işlərin aparılması nəzərdə tutululdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi