Elektromaqnit dalğalarının həyatımıza təsiri

May ayının 29 – da “Kiçik Akademiya” nın fizika – riyaziyyat bölməsinin üzvlərinin təqdimatı oldu. Zoom proqramı ilə təşkil edilən təqdimat “Elektromaqnit dalğalarının həyatımıza təsiri” mövzusuna həsr olunmuşdur. Məktəb rəhbərliyi, KA – nın üzvləri, fənn müəllimlərinin iştirakı ilə keçirilən tədbir çox maraqlı və yaddaqalan oldu. Şagirdlər elektromaqnit dalğaları, onların insan həyatına təsiri, ətraf mühitdə yaratdığı dəyişikliklər haqqında müxtəlif mənbələrdən araşdırmalar aparıb maraqlı iş ortaya çıxardılar. Araşdırmaçı şagirdlərimiz bildirdilər ki, gələcəkdə bu mövzunu daha da dərinləşdirəcək, çox mühüm məsələ olan elektromaqnit dalğalarından ən etibarlı şəkildə qorunmaq yollarını axtarıb arayacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi