Şəkər Abbasova 1958-ci ildə Ucar rayonunda anadan olub.1965-1973-cü illərdə Çiyni kənd VIII illki məktəbində təhsil almış,1975-ci ildə Qaradağlı kənd orta məktəbini bitirib.1976-1980-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.1989-cu ildən 166 saylı məktəb-liseydə ibtidai sinif müəllimi işləyir. Ailəlidir,3 övladı var.
Arifə Vəliyeva 1969-cu il Cəbrayıl rayonunda anadan olub.1976-1984-cü illərdə Şıxalıağalı kənd orta məktəbində təhsil alıb.1984-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.1988-ci ildən 166 nömrəli məktəb-liseydə GUQ-da tərbiyəçi müəllim vəzifəsində çalışmışdır.1990-1994-cü illərdə ADPU-nin ibtidai təlim metodikası və pedaqogikası fakültəsində təhsil almışdır.1994-cü ildən ibtidai sinif müəllimi işləyir. Ailəlidir,2 övladı var.
Əlaqəli xəbərlər
“Pəncərələrin bəzədilməsi” mövzusunda yaradıcılıq müsabiqəsi
Yel çərşənbəsi münasibətilə məktəb-liseyin ibtidai siniflərində bayram şənliyi keçirilib
Təbiətdən incəsənətə
Solmaz Məhərrəmova 1968-ci ildə Bakı şəhərində anadan olub.1975-ci ildə Bakı şəhər 233 nömrəli məktəbə daxil olmuşdur.1983-cü ildə orta məktəbi bitirib,Bakı Pedaqoji Məktəbinə daxil olmuşdur.1987-ci ildən 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyir.1991-1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təlim pedaqogikası və metodikası ixtisasına yiyələnmişdir. Hazırda 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərir. Ailəlidir,2 övladı var.
Əlaqəli xəbərlər
Beynəlxalq Mülki Müdafiə Günü münasibətilə məktəbdə şagirdlərin əl işlərindən ibarət sərgi təşkil edilib
Muxtarova Validə 1965-ci ildə Bakı şəhərində anadan olub.1971-ci ildə 166 nömrəli məktəb-liseyə daxil olmuşdur.1979-cu ildə VIII sinfi bitirib,Azərbaycan Pedaqoji Texnikumuna daxil olmuşdur.1983-cü ildə 166 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir.1985-1994-cü illərdə Bakı şəhəri 253 nömrəli məktəbdə çalışmış,1994-cü ildən 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyir. Ailəlidir,3 övladı var.
Müqəyyəm Baxşıyeva 1964-cü ildə Bərdə rayonunda anadan olub.1971-1981-ci illərdə Xanərəb kənd orta məktəbində təhsil almışdır.1983-1987-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır.1987-1988-ci illərdə təyinatla Beyəqan rayonunda ixtisası üzrə işləmişdir.1988-1989-cu illərdə Xanərəb kənd orta məktəbində işləmişdir.1989-cu ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Lökbatan qəsəbəsinə köçmüşdür.1989-1994-cü illərdə 106 nömrəli məktəbdə,1994-cü ildən isə 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi işləyir.
Güllü Şirinova 1970-ci ildə Naxçıvan şəhərində anadan olub.1977-1987-ci illərdə Şərur rayonunun Siyaqut kənd orta məktəbində təhsil almışdır.1987-1992-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almışdır.1993-1996-cı illərdə Meliarasiya və su Təsərrüfatı Komitəsində Plan İstehsalat şöbəsində iqtisadçı-mühəndis vəzifəsində çalışmışdır.1996-cı ildə "Xəzri" qapalı Milli Səhmdar Cəmiyyətində təchizatçı vəzifəsində çalışmışdır.2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialının yenidən hazırlanma kursuna daxil olmuşdur.2003-cü ildə Qaradağ rayonu "Texniki-Yaradıcılıq" mərkəzində dərnək rəhbəri vəzifəsində çalışıb. Hazırda 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərir.
Aygül İbrahimova Abdul qızı 24.01.1994-cü il tarixində Şabran rayon Gəndab kəndində anadan olub. İbtidai təhsilini Şabran rayon Gəndab kənd tam orta məktəbində alan Aygül İbrahimova 2011-ci həmin məktəbi bitirib. Həmin ildə Bakı Slavyan Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olub və 2016-cı ildə həmin universiteti bitirərək magistr səviyyəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına qəbul olub. 2018-ci ilin aprel ayından etibarən 49 nömrəli "İntellekt" məktəb -liseyində ibtidai sinif müəllimi olaraq fəaliyyətinə başlayıb. 110 nömrəli məktəbdə də çalışan Aygün İbrahimova fəaliyyətini 2022-ci ilin sentyabr ayından 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq davam etdirir.
Əlaqəli xəbərlər
Yel çərşənbəsi münasibətilə məktəb-liseyin ibtidai siniflərində bayram şənliyi keçirilib
Dilarə Babayeva 1979-cu ildə Bakı şəhərində anadan olub.1986-cı ildə 166 saylı məktəbə daxil olmuşdur.1994-cü ildə 233 saylı orta məktəbi bitirmişdir.1994-1998-ci illərdə Bakı Mədəni Maarif Texnikomunun xalçaçı-rəssam ixtisasına yiyələnmişdir.1999-cu ildə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinin ibtidai təhsil metodikası və pedaqogikası fakültəsini bitirib. Hazırda 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq çalışır.
Abuzərli Cənnət Rəfail qızı 1995-ci il avqustun 31-də Naxçıvan M.R. Şahbuz şəhər Şahbuzkənd kəndində anadan olub. 2001-ci ildə Şahbuzkənd tam orta məktəbində I sinfə başlayıb, 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2012 - 2017-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb, institutu fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə Hacıqabul rayon Kürçülü kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2023-cü ilə qədər həmin məktəbdə fəaliyyətini davam etdirib. Hazırda Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi olaraq fəaliyyətini davam etdirir. Ailəlidir.
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
Hüseyn Hüseynov ermənistanlı rəqibi Qaqik Qazaryana 2:1 hesabıyla qalib gələrək U-17 dünya çempionatında bürünc medal qazanıb.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi