Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib. Məktəb 3 mərtəbəli, 2 tədris korpusundan ibarət olub 960 şagird yerlikdir.
Məktəb-liseydə tədris Azərbaycan və rus dillərində aparılır. İkinövbəli məktəb 5 günlük iş həftəsi ilə işləyir. Müəllimlərin sayı 114, şagirdlərin sayı 2399 nəfərdir.
Təhsil ocağı 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Geniş həyətyanı sahəsi, süni örtüklü futbol meydançası var.
2007-ci ildən təhsil ocağına məktəb-lisey statusu verilib.
Məktəbdə 50 sinif otağı, 2 informatika, 1 kimya, 1 fizika, 1 biologiya laboratoriyası, 1 əmək otağı, 1 emalatxana, xarici dil otaqları (yarımqrup üçün), kitabxana, yeməkxana, akt zalı, idman zalı, idman meydançası, tibb otağı, müəllimlər üçün otaqlar, 4 ədəd Rəqəmsal otağı, texniki otaqlar fəaliyyət göstərir. Məktəb İstilik sistemi ilə təmin olunub.
Şagirdlərin informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə yiyələnmələri üçün məktəbdə 3 komputer sinfi var. Müxtəlif tədbirlərin keçirildiyi akt zalı və bufet də şagirdlərin istifadəsindədir.
Məktəb-liseydə peşə təmayüllü siniflər də fəaliyyət göstərir. Qrafik dizayner, bərbər köməkçisi olmaqla 2 ixtisas üzrə dərslər keçirilir. Hər bir ixtisas üçün xüsusi otaq ayrılıb və lazımi avadanlıqlarla təmin edilib.
Təhsil ocağının ətraf ərazisi abadlaşdırılıb, geniş həyətyanı yaşıllıq sahəsi, istirahət guşələri yaradılıb.