Fizika- riyaziyyat dostluğu adlı əyləncəli tədbir keçirilib“Fizika- riyaziyyat dostluğu” adlı əyləncəli tədbir keçirilib. Məktəb - liseyin fizika müəllimi Ülviyyə Eyvazova və riyaziyyat müəllimi Fəridə Orucova fizika və riyaziyyat haqqında maraqlı açılış edərək sözü şagirdlərə verib. Rəqəmlərin həyatımızda yeri, onların insan düşüncəsinin bir hissəsi olmasından bəhs edilib, bayatılarla fizika və elektrik dövrəsinin elemenetlərinin mübahisəsinə yer verilib. Şagirdlər Pifaqor və Nyutonla bağlı maraqlı təqdimatlar edib, təcrübələr aparıb.
Şagirdimizin uğuruQaradağ rayonu üzrə 22.11.2023-cü il tarixində “Heydər Əliyev ili”nə həsr olunmuş Kiçik Akademiyanın Rayon Konfransında kimya fənni üzrə iştirak edib, böyük marağa səbəb olan 9B sinif şagirdi Əli Əliyev məktəb-liseyin direktoru Zeynəb Vəliyeva tərəfindən də diplomla təltif olunub.
Zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar21 noyabr 2022-ci il tarixdə “Səhhət və Mərəz” başlığı altında 9-cu sinif şagirdləri arasında insan sağlamlığı və zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar barədə dəyirmi masa ətrafında söhbət aparılıb. Tədbirin keçirilməsində məqsəd-gənclərin əxlaqi-mənəvi dəyərlərinin qorumaqdan ibarət olub. Məruzədə Azərbaycan Respublikasında gənclərin hüquq və vəzifələrindən, onların təhsil almaları, cəmiyyətin layiqli üzvü kimi yetişmələri üçün yaradılan şəraitdən və hüquqi bazanın zənginliyindən ətraflı söhbət açılıb. Mövzu ilə bağlı müəllimlər öz fikirlərini səsləndirdikdən sonra şagirdlər çıxış edərək slaydlar nümayiş etdirib, mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.
Akademistlər diplomla təltif olunubKiçik akademiyanın “Dünəndən bu günə” adlı hesabat tədbirində fəal iştirak edən akademistlər məktəb-liseyin direktoru Zeynəb Vəliyeva və Kiçik akademiyanın rəhbəri Ülviyyə Eyvazova tərəfindən diplomlarla təltif olunub.
Kiçik akademiyada bir gün"Kiçik akademiyada bir gün" adlı hesabat tədbiri keçirilib. 8 və 9-cu siniflərdən olan kiçik akademiklər öz təqdimatlarını nümayiş etdirərək fiziki kəmiyyətlər, onlardan necə və harda istifadə edilməsi, səs dalğaları, istilik mühərrikləri, maqnit sahəsi kimi mövzular haqqında ətraflı məlumat verib, bunu əsyaların köməyi ilə də geniş şəkildə izah ediblər. Bəzi şagirdlər həm biologiya, həm də steam dərsini bir-biriylə əlaqələndirərək qulaq maketinin üzərində araşdırmalar aparıb, daxili qulağın quruluşu haqqında fikirlər səsləndiriblər. Hesabat tədbirlərini keçirməkdə məqsəd - şagirdlərdə tədqiqatçılıq qabiliyyətini, öyrənməyə maraq duyğusunu və dünyagörüşünü artırmaqdır.
Kiçik akademiklərKiçik akademiklər 9a sinif şagirdləri Nigar Səfərova və Mürvət Mürvətli beyin haqqında araşdırma apararaq təqdimat hazırlayıb. Onların fənlər üzrə araşdırması arzularının reallaşmasına da kömək edir, dünyagörüşləri artır, bir-biriləriylə olan əməkdaşlıq, qarşılıqlı əlaqə kimi keyfiyyətlərə də yiyələnmiş olurlar.
Bilik yarışı14.04.2022-ci il tarixində fizika, riyaziyyat, informatika fənlərinin görüşü adlı "Bilik yarışı" keçirilib. Yarışda 6 komanda - Lütfizadə, Pifaqor, Aristotel, Nyuton, Tusi və Eynşteyn komandaları iştirak edib. Mərhələlər arası ifa edilən müxtəlif musiqi parçaları, fizika fənni üzrə göstərilən təcrübələr hər kəsin marağına səbəb olub.
Fizika və istilik30.03.2022-ci il tarixində Kiçik Akademiyada təbiət bölməsində Ülviyyə Eyvazova və Gülər İsmayılovanın rəhbərliyi ilə 8 və 10-cu sinif şagirdlərinin "Fizika və istilik" adlı hesabat tədbiri keçirilib. Tədbirdə fizikaya aid şeirlər və şagirdlərin müxtəlif təqdimatları dinlənilib. Şagirdlərin hazırladığı müxtəlif layihələr, araşdırmalar dinləyicilərin də böyük marağına səbəb olub. Müxtəlif fiziki hadisələr, onların izahı dinlənilib. İkili çay təcrübəsi ilə diffuziya və istilik hadisələri əlaqələndirilib.
Ekoloji mühitin qorunması09.03.2020 - ci il tarixdə məktəb-liseydə "Ekoloji mühitin qorunması" mövzusunda dəyirmi masa təşkil olunub. Biologiya müəllimi Könül Həsənova tərəfindən təşkil olunmuş tədbirdə mövzu ilə bağlı çıxış və diskussiyalar həyata keçirilib. Tədbirdə məktəb-liseyin direktoru Zeynəb Vəliyeva ilə yanaşı, direktor müavinləri Xanım Xəlilova, İlahə Haqverdiyeva, Könül Quliyeva, fizika müəllimi Ülviyyə Eyvazova da iştirak edərək çıxışlar edib. Könül Quliyeva Qarabağın ekosidi və dünyada baş verən ekoloji problemlər, Ülviyyə Eyvazova istilik mühərrikləri və istixana effekti, Zöhrab Ağayev isə Azərbaycanın ekoloji problemləri və içməli su qıtlığı barədə şagirdlərə məlumat verib. Şagirdlər də öz növbəsində müxtəlif dillərdə ekoloji problemlərin aradan qaldırılması, bunun üçün alternativ yolların tapılması barədə öz fikirlərini dinləyicilərə çatdırıb.
Əlaçı yarışması9 fevral 2022-ci il tarixində məktəb-liseyin fizika müəllimi Gülər İsmayılovanın təşkilatçılığı, 8a və 8b sinif şagirdlərinin iştirakı ilə Əlaçı yarışması keçirilib. Yarışmada 8b sinfindən 8, 8a sinfindən isə 4 şagird iştirak edib. Yarış - 3 turdan ibarət olub. I turda 1 dəqiqə ərzində 6 sual olmaqla cəmi 12 sual cavablandırılıb. Hər sual 1 balla qiymətləndirilib. Ən çox bal toplayan 6 şagird ikinci tura vəsiqə qazanıb. İkinci turda şagirdlərə 12 mövzu təqdim olunub. Yarışda I, II, III yerlərə çıxan şagirdlərə diplom və hədiyyələr təqdim edilib. Sırasıyla Məmmədəli Məmmədov, Uğur Ələkbərli və Tamerlan Hüseynov I, II, III yerə layiq görülüb. Yarşda yer tutan şagirdlərə diplom və hədiyyələri məktəbin direktor müavinləri Xanım Xəlilova, İlahə Haqverdiyeva və Könül Quliyeva təqdim edib.
Yaradıcılıq bir bacarıqdır!Kiçik Akademiyanın növbəti onlayn təqdimat mərhələsi keçirilib. Şagirdlərin hazırladığı qurğular, cihazlar müzakirə edilib, 9a sinfindən Səidə Yusifli və Tubunisə Əhmədovanın təqdimatları dinlənilib. Apardığımız bütün işlər şagirdlərin hərtərəfli inkişaf etməsi və onların əsl vətəndaş kimi formalaşmasında böyük rol oynayır.
Kiçik Akademiyanın fəaliyyətiMəktəb-liseyde fəaliyyət göstərən Kiçik Akademiya mövcud bütün imkanlardan istifadə edərək şagirdləri yüksək səviyyədə maarifləndirməkdə, onları hərtərəfli inkişaf etdirməkdə davam edir. Şagirdlər bədii yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərir, müxtəlif yarış və sərgilərdə iştirak edirlər. Əsas məqsədimiz şagirdlərin yaradıcı işlərini artırmaq və işıqlandırmaqdır. 10 b sinif şagirdləri Səid İsgəndərov ,Püstəxanım Quliyeva müxtəlif müsabiqələrdə, yarışlarda fəal iştirak edirlər. Pandemiya vəziyyətinə baxmayaraq Akademiyanın digər bölmələri üzrə də şagirdlər fəaliyyətlərini davam etdirirlər.
“Kiçik Akademiya”nın növbəti təqdimatı keçirilibMay ayının 31-də "Kiçik Akademiya"nın növbəti təqdimatı keçirilib. Canbulat Tasoyev "Radiasiya və onun zərərləri, həmin radiasiyadan necə qorunmaq olar" başlığı altında məruzə hazırlayıb. Məruzə həm digər şagirdlər, həm də müəllimlər tərəfindən maraqla qarşılanıb. Gündəlik istifadəyə əsaslanan mobil telefonlar, komputerlər və s. qurğulardan istifadə bu radiasiyanın yayılmasında əsas faktordur. Bu ziyandan necə qorunmaq olar? Bu zəmində müxtəlif cavablar dinlənilib. Daha sonra 7c sinif şagirdi Fəridin hazırladığı qurğular böyük maraq doğurub. Həvəslə müxtəlif hərəkətli qurğular hazırlayan Fərid mahnı sədaları altında hərəkət edən kəpənək, tullana bilən qurbağa, bacısı Firuzə isə külə dəyirmanı ilə kiçik bir evi işıqlandırmağa çalışıb. Sonda "Kiçik Akademiya"nın prezidenti və vitse- prezidentləri, müəllimlər şagirdlərə uğurlar diləyib, daha da müxtəlif qurğuları hazırlamağı tapşırıblar.
“Kiçik Akademiya”nın növbəti məşğələsi keçirilibAMEA və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan istedadlı şagirdlərdən ibarət “Kiçik Akademiya”nın fəaliyyətinin nəticələrinə həsr olunan növbəti tədbir keçirilib. “Kiçik Akademiya” üzvlərinin maraqlı məruzələri, təqdimatları, hazırladıqları müxtəlif qurğular hər kəsin marağına səbəb olub. Bu layihənin əsas məqsədi bu günün istedadlı şagirdini sabahın yaradıcı aliminə çevirməkdir.
“Kiçik Akademiya”nın növbəti elmi konfransı keçirilibMartın 27-də “Kiçik Akademiya”nın növbəti elmi konfransı keçirilib. Akademiyanın üzvləri müxtəlif mövzularda təqdimatlar ediblər. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan şagirdlər hazırladıqları müxtəlif qurğuları nümayiş etdirərək onlar haqqında məlumatlar da veriblər. Ülviyyə Eyvazova məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən şagirdlərin gələcəkdə daha da perspektiv layihələrdə iştirakına görə göstərişlər verib. Martın 27-də “Kiçik Akademiya”nın növbəti elmi konfransı keçirilib. Akademiyanın üzvləri müxtəlif mövzularda təqdimatlar ediblər. Elmi-tədqiqat fəaliyyətinə meyilli olan şagirdlər hazırladıqları müxtəlif qurğuları nümayiş etdirərək onlar haqqında məlumatlar da veriblər. Ülviyyə Eyvazova məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən şagirdlərin gələcəkdə daha da perspektiv layihələrdə iştirakına görə göstərişlər verib.
"Kiçik Akademiya"nın növbəti məşğələsi keçirildi“Kiçik Akademiya”nın növbəti məşğələsi keçirildi. Fevral ayının 22-də məktəb–liseydə fəaliyyətə başlayan “Kiçik Akademiya” üzvlərinin layihələrinin təqdimatı keçirildi. “Parlaq gələcək–bizimlə gələcək!” devizi altında bir–birindən rəngarəngliyinə görə fərqlənən, maraqlı məlumatlarla zəngin olan elmi məruzələr diqqəti cəlb edirdi. “Hər bir uşaq istedadlıdır” şüarı altında “Kiçik Akademiya”çılar bacarıqlarını nümayiş etdirdilər. IX"b" sinif şagirdi Fatimə Abdulzadə müxtəlif güllərdən hazırladığı ətirləri, VIII"o" sinif şagirdi Rəqsanə Nəsibova müxtəlif formalı ətirli sabunları, VIII"a" sinif şagirdi Rüfət Yunusov hiqrometr və buxar turbinini, Səid İskəndərov bir batareya ilə çalışan maşını və onların hazırlanma üsullarını təqdim etdilər. Təbiət fənlərinə əsaslanan bu təqdimatlar maraqla qarşılandı. “Kiçik Akademiya”nın Humanitar, Təbiət, Biologiya və həyat, Sosial və İqtisadi–coğrafiya bölmələrinə əsaslanan təqdimatlar da əhatəli şəkildə diqqətə çatdırıldı. Sonda məktəb–liseyin direktoru Şəmsi Qocayev iştirakçılara uğurlar arzuladı, “uğurun açarı”nın daim çalışmaq olduğunu vurğuladı.
"Kiçik Akademiya"nın ilk addımları"Kiçik Akademiya"nın "Parlaq gələcək - bizimlə gələcək" devizi altında fəaliyyətinə start verildi. Loqomuzun hazırlıq işləri yekunlaşdı.
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
Bakı şəhəri Faiq Rəfiyev adına 166 nömrəli məktəb-lisey 1936-cı ildən istifadəyə verilib....
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi