Zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar
21 noyabr 2022-ci il tarixdə “Səhhət və Mərəz” başlığı altında 9-cu sinif şagirdləri arasında insan sağlamlığı və zərərli vərdişlərin insan orqanizmində törətdiyi fəsadlar barədə dəyirmi masa ətrafında söhbət aparılıb. Tədbirin keçirilməsində məqsəd-gənclərin əxlaqi-mənəvi dəyərlərinin qorumaqdan ibarət olub. Məruzədə Azərbaycan Respublikasında gənclərin hüquq və vəzifələrindən, onların təhsil almaları, cəmiyyətin layiqli üzvü kimi yetişmələri üçün yaradılan şəraitdən və hüquqi bazanın zənginliyindən ətraflı söhbət açılıb. Mövzu ilə bağlı müəllimlər öz fikirlərini səsləndirdikdən sonra şagirdlər çıxış edərək slaydlar nümayiş etdirib, mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.