Ekoloji mühitin qorunması

09.03.2020 - ci il tarixdə məktəb-liseydə "Ekoloji mühitin qorunması" mövzusunda dəyirmi masa təşkil olunub. Biologiya müəllimi Könül Həsənova tərəfindən təşkil olunmuş tədbirdə mövzu ilə bağlı çıxış və diskussiyalar həyata keçirilib. Tədbirdə məktəb-liseyin direktoru Zeynəb Vəliyeva ilə yanaşı, direktor müavinləri Xanım Xəlilova, İlahə Haqverdiyeva, Könül Quliyeva, fizika müəllimi Ülviyyə Eyvazova da iştirak edərək çıxışlar edib. Könül Quliyeva Qarabağın ekosidi və dünyada baş verən ekoloji problemlər, Ülviyyə Eyvazova istilik mühərrikləri və istixana effekti, Zöhrab Ağayev isə Azərbaycanın ekoloji problemləri və içməli su qıtlığı barədə şagirdlərə məlumat verib. Şagirdlər də öz növbəsində müxtəlif dillərdə ekoloji problemlərin aradan qaldırılması, bunun üçün alternativ yolların tapılması barədə öz fikirlərini dinləyicilərə çatdırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi