Kiçik akademiyada bir gün
"Kiçik akademiyada bir gün" adlı hesabat tədbiri keçirilib. 8 və 9-cu siniflərdən olan kiçik akademiklər öz təqdimatlarını nümayiş etdirərək fiziki kəmiyyətlər, onlardan necə və harda istifadə edilməsi, səs dalğaları, istilik mühərrikləri, maqnit sahəsi kimi mövzular haqqında ətraflı məlumat verib, bunu əsyaların köməyi ilə də geniş şəkildə izah ediblər. Bəzi şagirdlər həm biologiya, həm də steam dərsini bir-biriylə əlaqələndirərək qulaq maketinin üzərində araşdırmalar aparıb, daxili qulağın quruluşu haqqında fikirlər səsləndiriblər. Hesabat tədbirlərini keçirməkdə məqsəd - şagirdlərdə tədqiqatçılıq qabiliyyətini, öyrənməyə maraq duyğusunu və dünyagörüşünü artırmaqdır.