FƏXRİMİZ

 

 

Faiq Qəzənfər oğlu Rəfiyev 1955-ci il fevralın 22-də Füzuli rayonunda anadan olub. O,1972-ci ildə Füzulinin Qarakollu kənd məktəbini bitirib. Faiq Rəfiyev 1973-1975-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Daxili İşlər Nazirliyinə müraciət edən F.Rəfiyevin təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili olaraq göndərilib.

Bundan sonra Faiqin həyatının ən narahat günləri başlayır. Dəfələrlə qaynar döyüşlərə qatılıb, Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşub. Xidmət göstərdiyi ərazidə dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün əlindən gələni əsirgəməyib. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib.

        Koçbəy kəndi erməni quldurlarının yuvasına çeviriləndə cəsur döyüşçü kəndi erməni faşistlərdən təmizləmək üçün plan hazırlayır. Hücum nəticəsində ermənilər ağır itki verərək geri çəkilirlər. Evlərdə gizlənən erməni quldurlarını axtarıb məhv edərkən qəfil atılan güllə Faiqin Vətən eşqi ilə vuran ürəyini parçalayır. O, 1992-ci il yanvarın 10-da əbədiyyətə qovuşir. Torpaqlarımızın azadlığı uğrunda canından keçərək ən ali məqama- şəhidlik zirvəsinə ucalır.

         Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Doğulduğu Saracıq kəndində dəfn edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166 nömrəli məktəb-lisey Faiq Rəfiyevin adını daşıyır. Məktəbin həyətində qəhrəmanın büstü qoyulub.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi