Əlaçı yarışması

9 fevral 2022-ci il tarixində məktəb-liseyin fizika müəllimi Gülər İsmayılovanın təşkilatçılığı, 8a və 8b sinif şagirdlərinin iştirakı ilə Əlaçı yarışması keçirilib. Yarışmada 8b sinfindən 8, 8a sinfindən isə 4 şagird iştirak edib. Yarış - 3 turdan ibarət olub. I turda 1 dəqiqə ərzində 6 sual olmaqla cəmi 12 sual cavablandırılıb. Hər sual 1 balla qiymətləndirilib. Ən çox bal toplayan 6 şagird ikinci tura vəsiqə qazanıb. İkinci turda şagirdlərə 12 mövzu təqdim olunub. Yarışda I, II, III yerlərə çıxan şagirdlərə diplom və hədiyyələr təqdim edilib. Sırasıyla Məmmədəli Məmmədov, Uğur Ələkbərli və Tamerlan Hüseynov I, II, III yerə layiq görülüb. Yarşda yer tutan şagirdlərə diplom və hədiyyələri məktəbin direktor müavinləri Xanım Xəlilova, İlahə Haqverdiyeva və Könül Quliyeva təqdim edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi