"Kiçik Akademiya"nın növbəti məşğələsi keçirildi
“Kiçik Akademiya”nın növbəti məşğələsi keçirildi. Fevral ayının 22-də məktəb–liseydə fəaliyyətə başlayan “Kiçik Akademiya” üzvlərinin layihələrinin təqdimatı keçirildi. “Parlaq gələcək–bizimlə gələcək!” devizi altında bir–birindən rəngarəngliyinə görə fərqlənən, maraqlı məlumatlarla zəngin olan elmi məruzələr diqqəti cəlb edirdi. “Hər bir uşaq istedadlıdır” şüarı altında “Kiçik Akademiya”çılar bacarıqlarını nümayiş etdirdilər.
IX"b" sinif şagirdi Fatimə Abdulzadə müxtəlif güllərdən hazırladığı ətirləri, VIII"o" sinif şagirdi Rəqsanə Nəsibova müxtəlif formalı ətirli sabunları, VIII"a" sinif şagirdi Rüfət Yunusov hiqrometr və buxar turbinini, Səid İskəndərov bir batareya ilə çalışan maşını və onların hazırlanma üsullarını təqdim etdilər.
Təbiət fənlərinə əsaslanan bu təqdimatlar maraqla qarşılandı. “Kiçik Akademiya”nın Humanitar, Təbiət, Biologiya və həyat, Sosial və İqtisadi–coğrafiya bölmələrinə əsaslanan təqdimatlar da əhatəli şəkildə diqqətə çatdırıldı.
Sonda məktəb–liseyin direktoru Şəmsi Qocayev iştirakçılara uğurlar arzuladı, “uğurun açarı”nın daim çalışmaq olduğunu vurğuladı.